“Ermənistan təhlükəsizlik böhranı ilə üzləşib” - Vardanyan
"Ermənistan diplomatik təhlükəsizlik böhranı ilə üzləşib. Lakin seçkiqabağı dövrə qədəm qoyan siyasi qüvvələrin liderləri aktiv addımlar atmaq əvəzinə seçki resurslarını səfərbər etməklə məşğuldurlar",- deyə o bildirib.
Vardanyan vurğulayıb ki, dövlətin bu cür ağır vəziyyəti tamamilə fərqli səfərbərlik tələb edir - sosial, siyasi və hərbi səfərbərlik:
"Siyasi liderlər ən qısa müddətdə erkən seçkilərə qatılmaqdan imtina etməli, erkən seçkiləri ləğv etməli, zaman-zaman dövləti məhv edən Nikol Paşinyanı kürsüdən kənarlaşdırmalı, ölkənin dağılmasının qarşısını almaq üçün hərbi-siyasi şura yaratmalıdırlar. Əks təqdirdə yüzlərlə yeni əsirin ortaya çıxması və ya dövlət gəmisinin məhvi halında siyasətçilərin seçicilərinə nələri təbliğ edəcəyi bəlli deyil. Hər dəqiqə qiymətlidir, ayıq olun və işə başlayın. Tarix heç kimin hərəkətsizliyini bağışlamayacaq. İstər iqtidarın, istərsə də müxalifətin".
Tural Tağıyev
Azvision.az
Teqlər: Ermənistan Seçki Böhran Paşinyan