Ermənistanda virusdan ölənlərin sayı 4423-ə çatdı

Ermənistanda virusdan ölənlərin sayı 4423-ə çatdı
  28 May 2021    Oxunub:712
Ermənistanda son sutka ərzində daha 104 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 222 513 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4423-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1081 nəfərdir.

Aktiv xəstələrin sayı 4443 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti