Mağazadan soyğunçuluq edən şəxs ələ keçdi

Mağazadan soyğunçuluq edən şəxs ələ keçdi
  28 May 2021    Oxunub:1059
Bakıda mağazada soyğunçuluq hadisəsi olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıxanov qəsəbəsi ərazisindəki mağazaların birində oranın sahibindən soyğunçuluq yolu ilə 4 060 manat pul, 200 manat dəyərində danışıq kartları və hesabında 360 manat pul olan bank kartını talamaqda şübhəli bilinən S.Məmmədov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti