Koçaryandan Türkiyə ilə bağlı təxribatçı çıxış

 Koçaryandan Türkiyə ilə bağlı təxribatçı çıxış
  28 May 2021    Oxunub:2573
Türkiyə malları üçün bizim qapılarımız bağlı olmalıdır.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan kənd təsərrüfatı sektorunun nümayəndələri ilə görüşündə deyib.

“Pomidor idxalı, onların təkrar ixracı və Avrasiya İqtisadi İttifaqı bazarları ilə bağlı müəyyən manipulyasiya hərəkətlərindən xəbərdaram. Bu, ən asan həll olunan məsələdir, sadəcə siyasi iradə lazımdır. Bizim Türkiyə və onun məhsulları qarşısında heç bir öhdəliyimiz yoxdur: sərhəd bağlıdır, bu ölkə ilə diplomatik münasibətlərimiz yoxdur. Qeyd edilən məsələnin həlli o qədər sadədir ki, hətta ictimai müzakirəyə ehtiyac yoxdur. Bu məhsulların tədarükünü dayandırırıq, vəssalam", - Koçaryan vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoçaryan  





Xəbər lenti