Zelenskidən Azərbaycanla bağlı paylaşım - FOTO

  Zelenskidən Azərbaycanla bağlı paylaşım -  FOTO
  28 May 2021    Oxunub:1708
Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Azvision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski 28 May - Respublika Günü münasibətilə Twitter səhifəsində yazıb.

Ukrayna Prezidenti iki ölkə arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini bildirib: “Ukrayna və Azərbaycan arasında ikitərəfli tərəfdaşlığa dair dialoqun davam edəcəyinə inanıram”.

Zelenski təbrikində Ukraynanın dövlət müstəqilliyinin 30 illiyi münasibətilə keçiriləcək rəsmi tədbirdə Azərbaycanın təmsil olunacağını səbirsizliklə gözlədiyini də vurğulayıb.



Azvision.az


Teqlər: Zelenski  





Xəbər lenti