Erməni general Paşinyanı klouna bənzətdi

 Erməni general Paşinyanı klouna bənzətdi
  28 May 2021    Oxunub:1722
Erməni general Arşavir Qaramyan Qarabağdakı məğlubiyyətə və torpaqların əldən çıxmasına görə Paşinyan hakimiyyətini tənqid edib.
Azvision.az xəbər verir ki, general müharibədən sonra da acınacaqlı durumda olduqlarını bildirib.

İndiki hakimiyyətin günahkar olduğunu deyən Qaramyan inqilab yolu ilə iqtidara gəlmiş Nikol Paşinyan hökumətini kəndirlə oynayan klouna bənzədib.

"Müasir müstəqilliyimizin qazanılmasından bəri ilk dəfədir ki, "Artsax" (Qarabağ-red.) rəsmi olaraq Ermənistanda baş tutan bayram tədbirlərinə dəvət olunmadı, mərasimlərdə iştirak etmədilər",- deyə məğlub general kədərini gizlətməyib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Erməni-general  





Xəbər lenti