At və ulaq görünüşündə olan xuliqanlar həbs edilib

At və ulaq görünüşündə olan xuliqanlar həbs edilib
  28 May 2021    Oxunub:1265
Rusiyanın Krasnodar diyarında qəribə hadisə baş verib.
Azvision.az xəbər verir ki, Soşi şəhərində at geyimində olan animatorlar insanlardan pul tələb etdikləri üçün saxlanılıblar.

Yerli medianın yaydığı məlumata görə, onlar yoldan keçənlərdən pul tələb edirmişlər. Animatorlar məhkəmə qarşısına çıxarılaraq, beş gün müddətinə həbs olunublar.

"Polis bölməsinə ulaq və at geyimində olan bir qrup gəncdən şikayət daxil olub. Vəsvəsəlik edərək yoldan keçənlərə pul müqabilində özləri ilə şəkil çəkdirməyi təklif edirlərmiş. Rədd cavabı aldıqda isə, onlar vətəndaşlarla kobud davanıblar",- məlumatda deyilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya   Həbs  





Xəbər lenti