Paşinyanın “sadə vətəndaşlar”la görüşü ifşa olundu

Paşinyanın “sadə vətəndaşlar”la görüşü ifşa olundu
  28 May 2021    Oxunub:733
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Davtaşendə tərəfdarları ilə görüşərkən diqqətçəkən hadisə yaşanıb.
Azvision.az xəbər verir ki, sakinlərdən birinin çıxışı zamanı Paşinyanın görüşünə insanların məcburi qaydada gətirilməsi faktı ifşa olub:

"Nikol Paşinyan sakinlərlə görüşərkən özünü Atom Eremyan kimi təqdim edən azsaylı tərəfdarlardan biri Davtaşen bölgəsinin rəhbəri Mikael Tumasyanı çətin vəziyyətdə qoyub. Vətəndaş əvvəlcə özünü əsgər atası kimi təqdim edib. Oğlunun polkovnik olduğunu, döyüşlərdə iştirak etdiyini və müharibənin sonuna qədər qoşunlarını itkisiz geri çəkə bildiyini söyləyib. Həm də həyətdə kiçik bir ofis açdığını və hər saat Paşinyanın komandasını təbliğ etdiyini deyib. O daha sonra bildirib ki, Nikol Paşinyanla görüşdən xəbərsiz imiş.

"Bölgəmizin rəhbəri evə zəng vuraraq dedi ki, Atom, Paşinyan rayonumuza gələcək, siz də görüşə gəlin və bir neçə söz deyin". Vətəndaş faktiki olaraq rayon rəhbərinin insanları görüşə zorla çağırdığını açıb tökdü", - deyə erməni KİV-ləri yazıb.

Qeyd edək ki, oxşar hal bundan əvvəl də Paşinyanın bölgələri səfəri zamanı müşahidə edilib. Məlumata görə, vətəndaşlar baş nazirlə görüşə məcburi qaydada gətirilir, bundan imtina edənlər dövlət qurumları tərəfindən təhdid olunur.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Görüş  





Xəbər lenti