Sergey Şoyqu erməni həmkarı ilə görüşüb

 Sergey Şoyqu erməni həmkarı ilə görüşüb
  28 May 2021    Oxunub:855
Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Vaqaraşak Arutyunyanla görüşüb.
Azvision.az bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.

Rusiyalı nazir erməni həmkarı ilə bütün aktual məsələlərin müzakirə ediləcəyini bildirib.

"Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrin işi ilə əlaqəli regional təhlükəsizlik məsələlərini, əlbəttə ki, bu anda ortaya çıxan bütün kəskin problemləri müzakirə edəcəyik", - Şoyqu deyib.

O, əlavə edib ki, Rusiya və Ermənistan həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlar - ilk növbədə KTMT çərçivəsində hərbi əməkdaşlığı gücləndirir.

"Silahlı Qüvvələrimizin Birləşmiş Qüvvələr Qrupunun yaradılması uğurla həyata keçirilməkdədir. İkitərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi bölgədəki təhlükəsizliyin təmin edilməsində əhəmiyyətli bir faktor olaraq qəbul etdiyimiz Ermənistandakı 102-ci Rusiya hərbi bazasının fəaliyyətidir".

Xatırladaq ki, Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Autyunyan dünən Rusiyaya səfər edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyŞoyqu  





Xəbər lenti