Həmsədrlər Bakı və İrəvana çağırış edib

 Həmsədrlər Bakı və İrəvana çağırış edib
  28 May 2021    Oxunub:930
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov ( Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer bəyanatla çıxış ediblər.
Azvision.az xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat yer alıb.

“Ermənistanla Azərbaycan arasında vəziyyəti deeskalasiya etmək üçün hər iki tərəfi təcili addımlar atmağa, sərhədlərin sülh yolu ilə delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlara başlamağa çağırırıq. Həmsədrlər bu prosesdə kömək etməyə hazırdır”,- bəyanatda deyilir.

Bundan əlavə, həmsədrlər tərəfləri Dağlıq Qarabağa humanitar girişdə olan məhdudiyyətləri aradan qaldırmağa və 9 noyabr (10 noyabr -red.) atəşkəs bəyannaməsi çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT   Həmsədr   Bəyanat  





Xəbər lenti