Uşaqları Abşeron milli parkında sürpriz gözləyir

Uşaqları Abşeron milli parkında sürpriz gözləyir
  28 May 2021    Oxunub:940
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Abşeron milli parkında tədbir keçiriləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Abşeron milli parkını ziyarət edən uşaqların təbiət qoynunda istirahətini daha maraqlı, daha əyləncəli keçirmələrinə şərait yaratmaq məqsədilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində, may ayının 30-da milli parkda çərpələng uçurma yarışı keçiriləcək.

Küləkli və günəşli səma altında keçiriləcək bu əyləncə uşaqların ailə üzvləri ilə birgə istirahətini açıq havada təbiət gözəlliklərindən zövq almaqla keçirmələrinə şərait yaradacaq.

Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron milli parkının füsunkar təbiətini görmək arzusunda olanları və çərpələng uçurma yarışında iştirak etmək istəyənləri milli parka dəvət edirik.

Azvision.az


Teqlər: Park   Uşaq  





Xəbər lenti