Dünən 25 yanğın olub, 10 nəfər xilas edilib

Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 10 nəfər xilas edilib, 1 nəfər xəsarət alıb. Həmçinin, Gəncə şəhəri, Kəpəz rayonu, N.Gəncəvi prospektində fərdi yaşayış evində baş verən yanğında yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1957-ci il təvəllüdlü Əliyev Füzuli Ələkbər oğlunun meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Azvision.az