Belarusda Litvanın XİN rəhbəri və Riqa merinə cinayət işi açıldı

Belarusda Litvanın XİN rəhbəri və Riqa merinə cinayət işi açıldı
  28 May 2021    Oxunub:1006
Belarusun Baş prokuroru Andrey Şved Riqa meri Martins Stakis və Latviyanın xarici işlər naziri Edqar Rinkeviçə qarşı cinayət işi açıb.
Azvision.az xəbər verir ki, bu barədə Belarusun Baş prokurorluğu məlumat yayıb.

Onlar milli zəmində qəsdən nifrət alovlandırmağa yönəlmiş hərəkətlərdə ittiham olunurlar.

Qeyd edilib ki, cinayət əməlləri milli komandanın dünya xokkey çempionatında iştirakı ilə əlaqədar olaraq Riqanın mərkəzində quraşdırılmış suveren Belarusun rəmzi - dövlət bayrağının açıq şəkildə çıxarılaraq, əvəzində ağ-qırmızı-ağ parçanın asılmasında özünü göstərib.

“Dövlət rəmzlərinin təhqir edilməsi belarusların milli ləyaqətini alçaltdı", - məlumatda vurğulanıb.

Daha əvvəl Riqa meri və xarici işlər nazirinin xokkey üzrə dünya çempionatında Belarusun milli bayrağını 1991-1995-ci illərdə rəsmi olan ağ-qırmızı-ağ bayraqla əvəzlədiyi bildirilib. Bundan sonra Belarus Xarici İşlər Nazirliyi Latviya səfirindən 24 saat ərzində ölkədən çıxmasnı tələb edib. Oxşar tələb səfirliyin bütün diplomatik və inzibati-texniki işçilərinə tətbiq edilib. Buna cavab olaraq Latviya XİN Belarus diplomatlarını ölkədən çıxarmaq qərarına gəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Latviya   Belarus   Litva  





Xəbər lenti