Türkiyədə koronavirusdan ölənlərin sayı 47 mini keçdi

   Türkiyədə koronavirusdan ölənlərin sayı 47 mini keçdi
  28 May 2021    Oxunub:946
Türkiyədə son sutka ərzində 164 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 7773 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 228 min 322, pandemiya qurbanlarının sayı isə 47 min 134 nəfərə çatıb.

Türkiyədə indiyədək 5 milyon 83 min 099 pasiyent (son sutkada 12 284 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti