Koronavirusa yoluxanların sayı 170 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 170 milyonu keçdi
  29 May 2021    Oxunub:949
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 170 milyon 152 min 361 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 537 min 906 nəfərdir. İndiyədək 151 milyon 974 min 462 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 545 102 nəfər COVID-19-a yoluxub, 12 406 pasiyent vəfat edib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 022 657 nəfər virusa yoluxub, 608 961 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 27 729 247 nəfərdə virus aşkar edilib. Xəstələrdən 322 512 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 16 392 657 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 459 171 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 646 897 yoluxma, 109 290 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 228 322 nəfər virusa yoluxub ki, onlardan 47 134-ü dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti