Separatçı Babayan Moskvada səfərdə olub

Separatçı Babayan Moskvada səfərdə olub
  29 May 2021    Oxunub:892
Qarabağdakı keçmiş separatçı rejimin “xarici işlər naziri” David Babayan Moskvaya gedib.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, o, 23-28 may tarixlərində Moskvada olub.

Məlumata görə, separatçı Babayan Moskvada siyasi, ictimai, elmi dairələrin nümayəndələri, erməni icması və erməni Apostol kilsəsinin ruhaniləri ilə görüşüb.

Xatırladaq ki, Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanın başçılıq etdiyi nümayəndə heyəti də bu günlərdə Moskvada səfərdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DavidBabayan  





Xəbər lenti