Ermənistan Baş Qərargah rəisinin müavini istefaya gedir

 Ermənistan Baş Qərargah rəisinin müavini istefaya gedir
  29 May 2021    Oxunub:961
Ermənistanda istefalar davam edəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Məlumata görə, yaxın günlərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan istefa verəcək.

“Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan vəzifəsindən azad edildikdən sonra onu müvəqqəti Qalstyan əvəz etdi. Hökumət ona müxtəlif vədlər verərək motivasiya etməyə çalışsa da, Qaltsyan tezliklə gedəcək. Demək olar ki, bütün məmurlar Nikol Paşinyanın sərhəd məsələləri və Azərbaycanla münasibətlərə dair davranışlarından, bəyanatlarından narazıdırlar”, - deyə qeyd edilib.

Qeyd edək ki, mayın 27-də Ara Ayvazyan Ermənistanın xarici işlər naziri vəzifəsindən istefa verib. Onun hökumət daxilindəki çəkişmələrlə əlaqədar istefa verdiyi ehtimal edilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   İstefa  





Xəbər lenti