Ayvazyanın müavininə nazir vəzifəsi vəd edildi

Ayvazyanın müavininə nazir vəzifəsi vəd edildi
  29 May 2021    Oxunub:1518
Ermənistan hakimiyyəti istefa ərizəsi yazmış xarici işlər nazirinin müavini Avet Adontsa nazir vəzifəsini vəd edərək ərizəsini geri götürməyə razı salmağa çalışır.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məlumata görə, xarici işlər nazirinin müavinləri Adontsla yanaşı, Qaqik Qaleçyan və Artak Apitonyan da istefa ərizələri yazıblar.

“Yalnız Xarici İşlər Nazirliyində deyil, güc strukturlarında - Müdafiə Nazirliyində, Milli Təhlükəsizlik Xidmətində də qiyam yetişməkdədir. Bu qurumlarda istefa silsiləsi gözlənilir. Qeyd edilən dövlət strukturları müşahidəçilərin sərhədə yerləşdirilməsi perspektivindən narahatdır", - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İstefa  





Xəbər lenti