İlin sonuna kimi Çin əhalisinin 80%-i peyvəndlənəcək

İlin sonuna kimi Çin əhalisinin 80%-i peyvəndlənəcək
  29 May 2021    Oxunub:818
2021-ci ilin sonuna kimi Çində COVID-19 əleyhinə peyvəndlənmə 80%-ə çata bilər.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin tanınmış epidemioloqu Çjun Nanşan deyib.

"İyulun əvvəlinə qədər Çində peyvəndlənmənin əhatə dairəsi 40% olmalıdır, cari ilin sonunadək isə bu, 80% -ə çata bilər".

Mütəxəssis vurğulayıb ki, belə bir nəticəyə nail olmaq üçün ölkənin koronavirus infeksiyasına qarşı peyvənd istehsalını artırmağa davam etməsi lazımdır.

Qeyd edək ki, aprel ayında Çin klinik sınaqlar üçün özünün altıncı COVID-19 peyvəndini və Sinopharm milli dərman şirkəti tərəfindən hazırlanmış üçüncü preparatı təsdiqləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti