Ermənistanın itkiləri ilə bağlı yeni rəqəmlər açıqlandı

 Ermənistanın itkiləri ilə bağlı yeni rəqəmlər açıqlandı
  29 May 2021    Oxunub:1074
2020-ci il 27 sentyabrdan 25 may 2021-ci il tarixləri arasında 3753 erməni hərbçinin cəsədləri və qalıqları üzərində məhkəmə tibbi ekspertizası aparılıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, mayın 25-ə olan məlumata görə, ölən hərbçilərin cəsədlərindən və qalıqlarından götürülmüş 48 nümunə hələ yoxlanılmayıb.

Xatırladaq ki, 24 may tarixinə olan statistikaya əsasən, Qarabağda axtarışlar nəticəsində 1557 erməninin cəsədi tapılıb. Daha əvvəl vitse-spiker Tiqran Avinyan Ermənistan parlamentində çıxışı zamanı 44 günlük müharibədə ölənlərin sayının 4 mini keçməyəcəyini bildirmişdi. Lakin real rəqəmlər bunun tam əksini göstərir.

Maraqlıdır ki, Ermənistan tərəfi itkilərinin dəqiq sayını hələ də açıqlamayıb. Erməni ekspertlər itkilərin 7 minə yaxın olduğunu bildirirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Qarabağ   Müharibə  





Xəbər lenti