Ermənistanda indiyədək 4428 nəfər virusdan ölüb

Ermənistanda indiyədək 4428 nəfər virusdan ölüb
  29 May 2021    Oxunub:905
Ermənistanda son sutka ərzində daha 42 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 222 555 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4428-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1081 nəfərdir.

Aktiv xəstələrin sayı 4294 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti