Rusiyanın məşhur aktyorları Bakıya gəlir

Rusiyanın məşhur aktyorları Bakıya gəlir
  09 Mart 2014    Oxunub:1529
Mayın 13 və 14-də məşhur rus aktyorları “Kirayə gəlin” komediya tamaşası ilə Rus Dram Teatrında qastrol səfərində olacaq.
Mayın 13 və 14-də məşhur rus aktyorları “Kirayə gəlin” komediya tamaşası ilə Rus Dram Teatrında qastrol səfərində olacaqlar. AzVision.az anspress-ə istinadən xəbər verir ki, tamaşada Rusiya xalq artisti Aleksandr Mixaylov, Lenin Komsomil mükafatı laureatı Elena Proklova, Rusiya əməkdar artisti Mixail Bezobrazov, Mariya Rasskazova və Yuliya Takşina kimi aktyorlar rol alacaqlar. "Kirayə gəlin" komediyası yüngül, incə yumor və istehza ilə ilk saniyədən tamaşaçını heyrətləndirəcək və özündən sonra çox parlaq xatirələr qoyacaq.

Gündəlik həyatımızın kələkləri, çoxlarına tanış olan yalqızlıq, xilas naminə yalan, məhəbbət və nifrət... Bütün bunların hamısı atalar və oğulların həmişə aktual mövzusunu əhatə edən tamaşada var.
Qeyri-adi süjet və incə rejissorluq, istedadlı oyun və çox gözəl dramaturgiya istənilən tamaşaçının zövqünə uyğun olacaq.


Teqlər:





Xəbər lenti