Rusiyada koronavirusdan daha 401 nəfər ölüb

Rusiyada koronavirusdan daha 401 nəfər ölüb
  29 May 2021    Oxunub:929
Rusiyada son sutka ərzində koronavirusa 9289 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 053 748 nəfərə çatıb.

Rusiyada son sutkada 401 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 120 807 nəfərdir. İndiyə qədər 4 670 484 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti