Rusiya iki adanın Yaponiyaya verilməsi planına münasibət bildirdi

Rusiya iki adanın Yaponiyaya verilməsi planına münasibət bildirdi
  29 May 2021    Oxunub:2131
Rusiya Xarici İşlər Nazirliyi (XİN) 1970-ci illərdə Sovet İttifaqının dörd Cənubi Kuril adasından ikisini Yaponiyaya təhvil verməyə hazır olduğu barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Azvision.az xəbər verir ki, XİN-in açıqlamasında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin arxivindəki materiallara istinad edilən Yaponiya KİV-i “Kyodo”nun nəşrlərinin nəzərdən keçirildiyi vurğulanıb.

“Ümumiyyətlə, keçmiş illərin yazılı mənbələrini araşdırmağın və şərh etməyin tarixçilərin səlahiyyətində olduğunu söyləyə bilərik, xüsusilə söhbət şəxsi fikirlərdən və ya ehtimal xarakterli təxminlərdən gedirsə. Sovet dövründə Yaponiya ilə sülh müqaviləsi bağlamaq üçün SSRİ Xarici İşlər Nazirliyi danışıqlar aparıb. Cənubi Kuril adaları İkinci Dünya Müharibəsinin nəticələrindən sonra qanuni əsaslarla ölkəmizin bir hissəsi oldu və Rusiyanın onlara qarşı suverenliyi mübahisəsizdir", - açıqlamada bildirilib.

Qeyd olunub ki, Yaponiya 1855-ci il tarixli Ticarət və Sərhədlər müqaviləsinə istinad edərək Cənubi Kurilə (Kunaşir, Şikotan, İturup adaları və Habomay silsiləsi) iddia edir:

"Moskvanın mövqeyi odur ki, müharibə nəticəsində adalar SSRİ-nin tərkibinə daxil oldu və Rusiyanın onlar üzərində suverenliyi sual yaratmır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti