Türkiyə ordusu daha 2 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu daha 2 terrorçunu zərərsizləşdirib
  29 May 2021    Oxunub:1008
Türkiyə ordusu tərəfindən “Fərat qalxanı” bölgəsinə hücum etməyə hazırlaşan 2 PKK / YPG terrorçusu məhv edilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Terrora və terrorçulara heç bir yerdə qapı yoxdur. “Fərat qalxanı” bölgəsinə hücum etməyə hazırlaşan 2 PKK / YPG terrorçusu qəhrəman komandolarımızın uğurlu əməliyyatı ilə zərərsizləşdirildi. Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün hər cür tədbir görüləcəkdir", - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fəratqalxanı  





Xəbər lenti