“8 Noyabr” stansiyasında yenilik tətbiq edilib

“8 Noyabr” stansiyasında yenilik tətbiq edilib
  29 May 2021    Oxunub:1099
“8 Noyabr” stansiyasında gərginlik təminatı ilə bağlı məsələdə ilk dəfə olaraq yenilik tətbiq edilib.
Azvision.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, stansiyada 35 kV-luq yarımstansiya istifadəyə verilib. H.Məmmədov qeyd edib ki, stansiya fasiləsiz elektrik təminatı məqsədilə dörd ədəd güc generatoru ilə təmin edilib.

"Stansiyanın keçid kamerası ilə birlikdə ümumi uzunluğu 363,5 metrdir. Bu da qatarların intensiv hərəkətini təmin edir. Stansiyanın platforması 7 vaqondan ibarətdir. Qatarların idarəsi radiodalğalar vasitəsilə təmin edilir ki, bu da mərhələli şəkildə həyata keçirilir. Bu stansiyada da idarəetmə məhz müvafiq sistemlə həyata keçiriləcək.

Ümid edirik ki, 31 may tarixindən istifadəyə veriləcək “8 Noyabr” stansiyasının da sərnişinlərin daşınmasında əhəmiyyətli rolu olacaq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Stansiya   Qatar  





Xəbər lenti