Türkiyə və ABŞ rəsmiləri Qarabağı müzakirə edib

 Türkiyə və ABŞ rəsmiləri Qarabağı müzakirə edib
  29 May 2021    Oxunub:1064
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ dövlət katibinin müavini Vendi Şermanla görüşüb.
Azvision.az “TRT Haber”ə istinadla xəbər verir ki, görüş Ankarada “Dolbabahçe” sarayında baş tutub.

Görüşdə NATO-nun zirvə toplantısının gündəliyi və bu tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Co Bayden arasında planlaşdırılan görüşdə müzakirə olunacaq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Əfqanıstan, Suriya, Liviya, Qarabağ və Ukraynadakı vəziyyət də daxil olmaqla bölgədəki məsələləri müzakirə ediblər. Bu bölgələrdə sülh və sabitliyin bərqərar olması üçün birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   ABŞ   Türkiyə  





Xəbər lenti