Paşinyan birinci, Koçaryan ikinci oldu - Rəy sorğusu
Paşinyanın blokunu respondentlərin 22,9, sabiq prezident Robert Koçaryanın "Ermənistan" blokunu isə 17,5% -i dəstəkləyib. “Çiçəklənən Ermənistan” partiyasına rəyi soruşulanların 3,8 %-i səs verməyə hazır olduqlarını bildirib.
Paytaxt İrəvan və bir sıra əyalət şəhərlərində “Ermənistan” blokunu, kəndlərdə isə əksəriyyət "Mənim adımım" blokunu dəstəkləyir.
Xatırladaq ki, Ermənistanda erkən parlamet seçkiləri iyunun 20-də keçiriləcək. Ekspertlərə görə, Paşinyanın seçkilərdə əsas rəqiblərindən biri “Daşnaksutyun” və “Dirçələn Ermənistan” partiyalar blokuna rəhbərlik edən Robert Koçaryan olacaq.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Seçki