Koronavirusun hibrid ştammı aşkarlandı

Koronavirusun hibrid ştammı aşkarlandı
  29 May 2021    Oxunub:891
Vyetnamda koronavirus infeksiyasının yeni növü aşkar edilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi COVID-19 virusunun hibrid növünə yoluxmaların olduğunu açıqlayıb. Bildirilib ki, yeni ştamm Hindistan və Britaniya variantlarının kombinasiyasıdır.

Məlumata görə, Vyetnamda rast gəlinən virus daha təhlükəli və yoluxucudur.

Qeyd edilib ki, hazırda Vyetnamda koronavirusun 7 ştammı mövcuddur. Ölkədə yeni infeksiya dalğası səbəbilə sərt məhdudiyyətlər tətbiq edilir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti