Paşinyan seçkilərdə 60 faiz səs alacağını gözləyir

Paşinyan seçkilərdə 60 faiz səs alacağını gözləyir
  29 May 2021    Oxunub:1126
Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan “Vətəndaş razılaşması” partiyasının qarşıdakı parlament seçkilərində 60 faiz səs alacağını gözləyir.
Azvision.az xəbər verir ki, bu barədə o, İrəvanın üç inzibati bölgəsindəki partiya fəalları ilə görüşündə bildirib.

"Qarşıdakı seçkilərdə vətəndaşların ən azı 60 faizinin səsini gözləyirəm, məhz bu, respublikaya qarşı bütün sui-qəsd planlarını aradan qaldırmağa imkan verəcək səviyyədədir".

Paşinyan müasir tarixdə ilk dəfə bütün keçmiş hakimiyyətlərin seçkilərə qatılacağını deyib və vətəndaşların onları mühakimə etmək imkanının olduğunu əlavə edib.

"Onları siyasi səviyyədə mühakimə etmək imkanınız var. Dağlıq Qarabağın danışıqlar prosesindən çıxarılmasına, şübhəli seçki nəticələrinə, 27 oktyabr, 1 mart hadisələrinə görə mühakimə edə bilərsiniz", - Paşinyan vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: NikolPaşinyan  





Xəbər lenti