Koronaviruslu şəxs xəstəxananı özbaşına tərk edib

Koronaviruslu şəxs xəstəxananı özbaşına tərk edib
  29 May 2021    Oxunub:1075
Polis əməkdaşları ötən gün paytaxtın Binəqədi və Nəsimi rayonları ərazisində iki nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, həmin şəxslərlə izahedici söhbətlər aparıb. Onlardan biri tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Digər şəxsin isə Abşeron rayonu ərazisindəki modul tipli xəstəxanada müalicə almasına baxmayaraq, bu səhiyyə müəssisəsini özbaşına tərk etməsi müəyyən edilib. O, xəstəxanaya təhvil verilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti