Bakıda yeni marşrut xətti açıldı

Bakıda yeni marşrut xətti açıldı
  29 May 2021    Oxunub:1543
Binə Atçılıq yaşayış massivini metronu “Ulduz” stansiyası ilə əlaqələndirilən yeni 169 nömrəli müntəzəm marşrut xətti təşkil edilib.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a bildirilib ki, yeni xəttin təşkili ilə bağlı qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla verilib.

“General Auto Company” şirkətinin istismarında olan marşrut xətti mayın 31-dən fəaliyyətə başlayacaq. Sərnişin tələbatına uyğun olaraq marşrut üzrə daşımalara ortatutumlu avtobuslar cəlb ediləcək. Marşrutun hərəkət intervalı sərnişin tələbatına uyğun olaraq tənzimlənəcək. Marşrut xətti üzrə gediş haqqı 0.40 AZN təşkil edəcək.

Yeni marşrut xəttinin təşkili 14 min nəfərdən artıq əhalisi olan Atçılıq yaşayış massivi sakinlərinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirilməsi təmin olunacaq.

Qeyd edək ki, dövlətimizin başçısının şəhərətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşırığına uyğun olaraq analoji işlər bundan sonra da davam etdiriləcək.

Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti