İstanbul kanalının təməli iyunun sonunda qoyulacaq

İstanbul kanalının təməli iyunun sonunda qoyulacaq
  29 May 2021    Oxunub:1094
Sadəcə ölkəmiz üçün deyil, bütün dünya üçün nümunə olacaq layihəni uğurla başa çatdırdıq. Bu qüllə ilə rabitə və yayım fəaliyyətlərində təkötürücü qurğu modelinə keçdik. Ədalət və İnkişaf Partiyası ətraf mühitin dostu olduğunu bu günədək həyata keçirdiyi layihələrlə sübut edib. İndiyədək milyonlarla ağac əkilib, terrorçular tərəfindən yandırılan ağaclar yeniləri ilə əvəzlənib.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda inşa olunan yeni teleradio qülləsinin rəsmi açılış mərasimində səsləndirib.

Kanal İstanbul layihəsi haqqında danışan Türkiyə Prezidenti deyib: “İyunun sonunda sözügedən layihənin təməli qoyulacaq. Kanal İstanbulun sağında və solunda iki şəhər inşa edəcəyik. Bu şəhərlərlə İstanbulun gözəlliyi daha da artacaq. Kanal İstanbulun üzərində isə altı körpü inşa ediləcək”.

Qeyd edək ki, hündürlüyü 369 metr olan yeni qüllənin ərazisi 10 min kvadratmetrdir. Dəniz səviyyəsindən 587 metr yüksəklikdə olan bu qurğu Avropanın ən hündür teleradio qülləsidir.

Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti