FHN Şabrandakı qəza ilə bağlı məlumat yaydı

FHN Şabrandakı qəza ilə bağlı məlumat yaydı
  30 May 2021    Oxunub:1274
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonu, Taxtalar kəndində “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti