56 yaşlı baş nazir hamıdan gizli evləndi

56 yaşlı baş nazir hamıdan gizli evləndi
  30 May 2021    Oxunub:1160
Böyük Britaniyanın 56 yaşlı Baş naziri Boris Conson nişanlısı Kerri Simonds ilə evlənib.
Azvision.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Bildirilib ki, Vestministerdə Müqəddəs Pyotr Kollegial kilsəsində keçirilən mərasimdə yalnız ailə üzvləri və cütlüyün dostları iştirak ediblər. Baş nazirin köməkçilərinin belə toydan xəbəri olmayıb. Bütün qonaqlar dəvəti son anda alıblar, hətta toyun keçirilmə yeri gizli saxlanılıb.

Azvision.az


Teqlər: Britaniya   Baş-Nazir   Conson  





Xəbər lenti