Qaxariya yeni siyasi partiya yaratdı

Qaxariya yeni siyasi partiya yaratdı
  30 May 2021    Oxunub:854
Gürcüstanda yeni siyasi partiya yaradılıb.
Azvision.az xəbər verir ki, ölkənin sabiq baş naziri Giorgi Qaxariya yeni təsis edilən “Gürcüstan naminə” partiyasının sədri seçilib.

Qaxariya partiyadaşları qarşısında çıxış edərək bildirib ki, partiya kiminsə, hansısa siyasi qüvvə və ya partiyanın əleyhinə deyil, məhz Gürcüstan naminə yaradılıb. Onun sözlərinə görə, rəhbərlik edəcəyi siyasi təşkilat Gürcüstandakı siyasi proseslərdə, ölkənin çiçəklənməsi və Avroatlantik inteqrasiyasında fəal iştirak edəcək.

Qeyd olunub ki, “Gürcüstan naminə” partiyası payızda yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə iştirak edəcək.

Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti