Çində əhaliyə 603 milyon doza peyvənd vurulub

Çində əhaliyə 603 milyon doza peyvənd vurulub
  30 May 2021    Oxunub:868
Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya davam edir. İndiyədək əhaliyə 603 milyon doza peyvənd vurulub.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.

Belə ki, ölkədə ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib.

Çinin səlahiyyətli qurumları bu günədək ölkə əhalisinin 40 faizini, gələn ilin əvvəlinədək isə 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib

Qeyd edək ki, Çində “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.

Azvision.az


Teqlər: Çin   Vaksinasiya  





Xəbər lenti