ABŞ-da neft emalı zavodunda yanğın olub

ABŞ-da neft emalı zavodunda yanğın olub
  30 May 2021    Oxunub:979
ABŞ-ın Qərbi Virciniya ştatında neft emalı zavodunda yanğın baş verib.
Azvision.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb. Bildirilib ki, şənbə axşamı Erqon şirkətinə məxsus zavodda yanğınla müşayiət olunan partlayış qeydə alınıb.

Məlumata görə, vəziyyət nəzarət altına alınıb və yanğın söndürülüb. Hadisə ilə əlaqədar zərər çəkən olmayıb. Yanğının səbəbi araşdırılır.

Azvision.az


Teqlər: ABŞ   Yanğın  





Xəbər lenti