Braziliyanı etiraz dalğası bürüdü

Braziliyanı etiraz dalğası bürüdü
  30 May 2021    Oxunub:1003
Braziliyada Prezident Jair Bolsonaru hökumətinə və onun koronavirus pandemiyası fonunda apardığı siyasətə qarşı etiraz aksiyaları keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.

"Bolsonaru hökumətinə qarşı nümayişlər ən azı 24 ştatda və federal bölgədə baş tutub. Gün ərzində bir qrup insan yürüşlərə çıxaraq çoxsaylı tələblər irəli sürüb", - deyə KİV yazıb.

Etirazçılar COVID-19 peyvəndlərinin satın alınması, əhaliyə təcili yardım göstərilməsi, vətəndaşların layiqli təhsil və səhiyyə hüquqlarına riayət edilməsi ilə bağlı çağırışlar ediblər. Bundan əlavə, prezidentin impiçmenti ilə əlaqədar tələblər irəli sürülüb.

Nümayişlər dinc xarakter daşısa da Pernambuko əyalətinin paytaxtı Resife şəhərində hərbi polis etirazçıları rezin güllələr və gözyaşardıcı qazdan istifadə edərək dağıdıb.

Azvision.az


Teqlər: Braziliya  





Xəbər lenti