Bir ay əvvəl qaçırılan 14 tələbə xilas edildi

Bir ay əvvəl qaçırılan 14 tələbə xilas edildi
  30 May 2021    Oxunub:1419
Nigeriyanın şimalında yerləşən Kaduna əyalətində aprelin 20-də qaçırılan 14 tələbə xilas edilib.
Azvision.az xəbər verir ki, Kaduna Milli Təhlükəsizlik və Daxili İşlər üzrə Dövlət Komissarı Samuel Aruvan tələbələrin ailələrinə təhvil verildiyini deyib.

Qeyd edək ki, bir qrup silahlı şəxs bu il aprelin 20-də özəl universitet olan Green Field-in 19 tələbəsini qaçırmışdı. Üç gün sonra onlardan beşi universitetin yaxınlığında ölü tapılmışdı.

Silahlı şəxslər tələbələrin sərbəst buraxılması müqabilində pul tələb ediblər, lakin Kaduna əyalətinin valisi Nasir Əhməd əl-Rufai onların tələblərini yerinə yetirməkdən imtina edib.

Keçən il Kaduna əyalətində silahlı şəxslərin hücumları nəticəsində 937 nəfər ölüb, 1972 nəfər qaçırılıb. Bu ilin yanvar ayından bəri Nigeriyada təhsil müəssisələrindən tələbələrin qaçırılması ilə bağlı 5 fakt qeydə alınıb.

Azvision.az


Teqlər: Nigeriya  





Xəbər lenti