İranda daha 198 nəfər virusun qurbanı oldu

İranda daha 198 nəfər virusun qurbanı oldu
  30 May 2021    Oxunub:1008
İranda son sutka ərzində 198 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, İranda indiyədək 79 939 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 8 876 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 2 902 094 -ə yüksəlib.

Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti