İsrail vətəndaşlarına bu ölkələrə getməyi qadağan etdi

İsrail vətəndaşlarına bu ölkələrə getməyi qadağan etdi
  30 May 2021    Oxunub:2812
İsrail Rusiya və Argentinanı səyahət qadağası qoyduğu ölkələr siyahısına daxil edib.
Azvision.az xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi bunu koronavirusun geniş yayılması ilə əlaqələndirib. Nazirlikdən bildirilib ki, bu ölkələrə səyahət yoluxma riskini maksiumum dərəcədə artırır. Qadağa sabahdan etibarən qüvvəyə minir.

Nazirlik Argentina və Rusiyadan əlavə Ukrayna, Efiopiya, Braziliya, Cənubi Afrika, Hindistan, Meksika və Türkiyənin "qırmızı siyahıda" olduğunu xatırladıb. Bu ölkələrə səyahət icazələri yalnız səlahiyyətli komissiya tərəfindən verilir. Bu ölkələrdən İsrailə geri dönənlər Səhiyyə Nazirliyinin qaydalarına uyğun olaraq evlərində karantinə alınmalıdır.

Sərəncam 2021-ci ilin 13 iyun tarixinədək etibarlıdır və vəziyyətdən asılı olaraq uzadıla bilər.

Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti