Paşinyan Ter-Petrosyan və Koçaryanı debata çağırdı

 Paşinyan Ter-Petrosyan və Koçaryanı debata çağırdı
  30 May 2021    Oxunub:1378
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkənin keçmiş liderləri Levon Ter-Petrosyan və Robert Koçaryanı 18 iyunda baş tutacaq canlı efirə dəvət edib.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyan tərəfdarları ilə görüşdə bildirib.

Qarabağ mövzusuna, xüsusən də son günlər ictimaiyyətə açıqladığı faktlara toxunan Paşinyan onlara hələlik əsaslı cavab verilmədiyini deyib.

"Qarabağ məsələsi ilə bağlı danışıqlar paketi bir neçə səhifədən ibarətdir. O səhifələrdə və tarixdə vətəndaşların bilməli olduqları bir çox nüans var".

Paşinyanın Ermənistanın keçmiş rəhbərlərinin onun gətirdiyi arqumentlərə münasibətini gözləyir. O, seçkilər öncəsi debatların olacağını, sabiq prezidentlərin bütün sualları cavablandırmaq məcburiyyətində qalacağını qeyd edib. Həmçinin Levon Ter-Petrosyan və Robert Koçaryanı 18 iyunda canlı debatlarda gözlədiyini vurğulayıb.

"Müzakirələr zamanı hər şey aydın olacaq. Otaqda oturub "xoruzlanmaq" çox asandır. Gəlin, üz-üzə danışaq".

Paşinyanın sözlərinə görə, Robert Koçaryan Qarabağın 1997-1998-ci illərdə danışıqlar prosesindən kənarlaşdırılmasının səbəbini izah etməlidir.

Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti