Ukrayna səfirinin meyiti oteldə tapıldı

 Ukrayna səfirinin meyiti oteldə tapıldı
  30 May 2021    Oxunub:1142
Ukraynanın Tailanddakı səfiri Andrey Beştanın meyiti Ko-Lipe adasında yerləşən oteldə tapılıb.
Azvision.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, cəsədin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Bildirilir ki, səfir səhər saatlarında otel otağında ölü tapılıb. Diplomatın oğlu deyib ki, atası axşam özünü yaxşı hiss edirdi. Saat 04:30-da zəhərlənmə simptomları ilə yuxudan oyanan səfir bir qədər sonra huşunu itirib. Onun cəsədi yerli xəstəxanada yarılıb, sonra ölümün səbəblərinin öyrənilməsi üçün Bankonqdakı polis hospitalına aparılıb.

Qeyd edək ki, Andrey Beştanın 45 yaşı vardı. O, 2015-ci ildə Ukraynanın Tailandda səfiri təyin olunmuşdu.

Azvision.az


Teqlər: Ukrayna   Səfir  





Xəbər lenti