Türkiyədə yoluxma sayı yenə azaldı

    Türkiyədə yoluxma sayı yenə azaldı
  30 May 2021    Oxunub:801
Türkiyədə son sutka ərzində 134 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 6933 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 242 min 911, pandemiya qurbanlarının sayı isə 47 min 405 nəfərə çatıb.

Türkiyədə indiyədək 5 milyon 105 min 42 pasiyent (son sutkada 10 763 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az



Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti