Kanadada 215 uşağın qalıqları olan kütləvi məzarlıq tapılıb

Kanadada 215 uşağın qalıqları olan kütləvi məzarlıq tapılıb
  30 May 2021    Oxunub:1112
Kanadada keçmiş internat məktəbinin ərazisində 215 uşağın qalıqları olan kütləvi məzarlıq tapılıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, cəsədlərinin qalıqları aşkarlanan uşaqların 1978-ci ildə bağlanmış Britaniya Kolumbiyasındakı Kamloops hindu internat məktəbinin tələbələri olduğu güman edilir.

Kanada Baş naziri Castin Trudeau bunu ölkə tarixinin utancverici hadisəsi və ağrılı xatirə adlandırıb. Kanandanın Birinci Millət muzeyinin mütəxəssisləri və araşdırmaçıları hələlik məlum olmayan ölüm səbəblərini və vaxtlarını təyin etmək üçün çalışırlar.

Keçmiş Britaniya Kolumbiyasının Kamloops şəhərindəki icma rəhbəri Rosanne Kasimir deyib ki, ilkin tapıntılar məktəb administratorları tərəfindən heç vaxt sənədləşdirilməyən ağlasığmaz itkiləri göstərir.

Qeyd edək ki, 19-20-ci əsrlərdə Kanadanın yerli sakinləri üçün təşkil edilmiş məcburi internat məktəbinin idarəetməsi hökumət və din xadimlərinin səlahiyyətində olub. Məktəbin yaradılmasında məqsəd yerli gənclərin assimilyasiya edilməsi olub.

Azvision.az


Teqlər: Kanada   Məzarlıq  





Xəbər lenti