Son sutkada 11 mindən çox insan virusdan ölüb

Son sutkada 11 mindən çox insan virusdan ölüb
  31 May 2021    Oxunub:647
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 171 milyon 033 min 299 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 556 min 724 nəfərdir. İndiyədək 153 milyon 137 min 277 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, ötən sutka ərzində 469 996 nəfər koronavirusa yoluxub, 11 311 nəfər vəfat edib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 043 068 nəfər virusa yoluxub, 609 544 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 28 047 534 nəfərdə virus aşkar edilib. Xəstələrdən 329 127 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 16 515 120 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 462 092 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 66 113 yoluxma, 109 402 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 242 911 nəfər virusa yoluxub ki, onlardan 47 405-i dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti