Sülhməramlılar 110-dan çox ermənini Amarasa apardı

 Sülhməramlılar 110-dan çox ermənini Amarasa apardı
  31 May 2021    Oxunub:772
Rusiya sülhməramlıları 117 erməninin Dağlıq Qarabağdakı Amaras monastrına təhlükəsiz ziyarətini təmin edib.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Ermənilər ziyarətə Xankəndi və monastr yaxınlığındakı ərazilərdən gəliblər.
"Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzi zəvvarların Dağlıq Qarabağdakı dini yerlərə səfərlər zamanı müşayiətini və qorunmasını həyata keçirir. Belə yerlərdən biri Amaras monastrıdır", - Mərkəzinin nümayəndəsi Aleksandr Korolev deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ   Amaras  





Xəbər lenti