Litvada kütləvi vaksinasiyaya başlanılır

Litvada kütləvi vaksinasiyaya başlanılır
  31 May 2021    Oxunub:593
Bu gündən Litvada 16 yaşına çatmış hər kəs üçün koronavirus infeksiyasına qarşı kütləvi peyvəndlənmə başlayır.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“16 yaşdan yuxarı bütün vətəndaşlar peyvənd üçün 31 may tarixindən qeydiyyatdan keçə bilər”, - məlumatda deyilir.

Aprel ayının sonunda Litva ərazisində koronavirusun naməlum növü aşkarlanıb.

Qeyd edək ki, fevral ayında Amerikanın “Moderna” şirkətinin COVID-19-a qarşı peyvəndi Litvaya tədarük edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Litva  





Xəbər lenti