Kim Çen In yenə yoxa çıxıb

Kim Çen In yenə yoxa çıxıb
  31 May 2021    Oxunub:719
Şimali Koreya lideri Kim Çen In 24 gün ərzində ictimaiyyət qarşısına çıxmayıb. O, son dəfə 7 may tarixində Pxenyanda keçirilən konsertə qatılıb.

Azvision.az xəbər verir ki, bu barədə Şimali Koreya ilə əlaqələri kordinasiya edən Cənubi Koreyanın Birləşmə Nazirliyinin nümayəndəsi bildirib.
"Bu, cari ildə Kim Çen Inın ictimaiyyət qarşısına çıxmadığı ən uzun müddətdir", - nazirlik nümayəndəsi əlavə edib. O, KXDR liderinin görünməməsinin mümkün səbəblərini açıqlamayıb.

Qeyd edək ki, keçən ilin may ayında Kim Çen Inın 20 gün ictimaiyyət qarşısına çıxmaması onun ciddi xəstəliyi və ya ölməsi barədə şayiələrə səbəb olmuşdu. 20 gün sonra KXDR lideri Gübrə Zavodunun açılışında iştirak etmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KimÇenIn  





Xəbər lenti